close
icon E-kataloq və kitabxana

Dekabr ayının 10-da Ankarada Bəxtiyar Vahabzadənin adını daşıyan orta məktəbdə görkəmli şairin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilmişdir

11-12-2015

Dekabr ayının 10-da Ankarada Bəxtiyar Vahabzadənin adını daşıyan orta məktəbdə görkəmli şairin anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə TÜRKSOY-un Azərbaycan təmçilçisi Elçin Qafarlı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  millət vəkili, prof. Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, direktor müavini, Əməkdar  mədəniyyət işçisi Ədibə İsmayılova, baş kitabxanaçı Şəhla İsmayılova, Xalq artisti Mələkxanım Eyyubova,  tarzən  Rüstəm Müslümov və  kamançaçı Elvin Novruzov iştirak edirdi.

Tədbiri məktəbin direktoru açaraq tədbir iştirakçılarını salamladı. Sonra Bəxtiyar Vahabzadənin həyatından bəhs edən film nümayiş olundu.

TÜRKSOY-un Azərbaycan təmçilçisi Elçin Qafarlı  görkəmli şair B.Vahabzadənin anadan olmasının 90 illiiyi münasibətilə Ankarada keçirilən silsilə tədbirlərdən danışdı. Azərbaycanda Atatürk Mərkəzinin müdiri,  millət vəkili, prof. Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov, Dünya Yazarlar və Aydınlar Dərnəyinin rəhbəri Osman Baş, Qırğızıstandan olan tərcüməçi şair Baktıgül Çoturova və b. çıxış edərək şairin yaradıcılığından danışdılar.

Sonra məktəbin şagirdləri şairin şeirlərini söylədilər.

B.Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar Mələkxanım Əyyubovanın ifasında canlı səsləndirildi.

Sonda Azərbaycan Milli Kitabxansı tərəfindən məktəbin kitabxanasına və şagirdlərə kitablar hədiyyə edildi.