close
icon E-kataloq və kitabxana

Dekabr ayının 11-də Milli Kitabxanada ümummilli liderin anım günü münasibətilə təbdir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva açaraq tədbir iştirakçılarını salamlamış və ulu öndər haqqında danışmış, onun müstəqilli

11-12-2015

Dekabr ayının 11-də Milli Kitabxanada ümummilli liderin anım günü münasibətilə təbdir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktor müavini Gülbəniz Səfərəliyeva açaraq tədbir iştirakçılarını salamlamış və ulu öndər haqqında danışmış, onun müstəqilliyimiz yolunda etdiklərindən söz açmışdır.   

Direktor müavini Mələk xanım Hacıyeva isə öz çıxışında ulu öndərin Milli Kitabxanaya səfərləri və şəxsi kitabxanasından Milli Kitabxanaya etdiyi kitab hədiyyələrindən danışmışdır.

Sonda tədbir iştirakçıları “12 dekabr-ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı geniş kitab sərgisi ilə tanış oldular. Sərgidə Azərbaycan, rus, ingilis və b dillərdə 200-dən artıq ədəbiyyat nümayiş olunurdu.