close
icon E-kataloq və kitabxana

Dekabr ayının 7-də Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru dok. Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.

07-12-2016

Dekabr ayının 7-də Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru dok. Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olmuşdur. Qonağı kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir.

Kitabxana haqqında ətraflı məlumat verən cənab direktor xarici ölkə kitabxanaları ilə birgə layihələrindən bəhs etmişdir.

Görüş üçün cənab direktora təşəkkür edən qonaq rəhbərlik etdiyi institut haqqında danışmışdır. Dok. Feysəl Əl-Hafyanı Milli Kitabxananın nəşrləri xüsusilə maraqlandırmışdır.

Görüşdə  Ərəb ölkələri liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilmiş, Milli Kitabxanada ərəb dilində yazan Azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunmuşdur.

Kitabxana ilə əyani tanış olan qonaq  “Açıq kitabxana”nada  “Xatirə kitabı”na öz ürək sözlərini yazmışdır.

Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Mədəniyyət və mədəni incilərimizin hamisi” (ərəb dilndə) mədəniyyət obyektlərini özündə əks etdirən xəritə, “Azərbaycan” (ərəb dilində), “Azərbaycan mətbəxi” (ingilis dilində) kitabları qonağa hədiyyə verilmişdir.