close
icon E-kataloq və kitabxana

“Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

16-11-2023

16 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai xadim, professor Elçin Əfəndiyevin yaradıcılığına dair birgə nəşr etdirdiyi “Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, qonaqları, tədbir iştirakçılarını salamlayıb və Elçin Əfəndiyevin hər zaman  kitaba dəyər verdiyini, onun “Qarabağa kitabla gedək” layihəsinə xidmətlərindən danışıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov çıxış edərək yazıçının 60-cı illər nəslinin ən parlaq nümayəndəsi olduğunu və Azərbaycan dramaturgiyasında uğurlu səhifələr açdığını qeyd edib. O, bu fəaliyyətin həm onun yaradıcılığına, həm də vətəndaş mövqeyinin güclənməsinə xüsusi töhfə verdiyini söyləyib.

Daha sonra Xalq yazıçısı Elçin, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Xalq şairi, Millət vəkili Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, professor İlham Rəhimli, Xalq yazıçısı Elmira Axundova və digərləri çıxış edib. Çıxışda Xalq yazıçısı Elçin Əfəndiyevin yaradıcılığından, fəaliyyətindən, biblioqrafiyanın məzmunundan danışılıb.

icon

Foto qalereya