17-10-2026
17 oktyabr 2026-cı il tarixində Milli KitabxanadaVətən müharibəsində böyük qalibiyyətin qazanıldığıgün münasibətilə “17 oktyabr – Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərətəqdim olunub.
Bu gün Füzuli Şəhəri Günüdür. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023- cü il tarixli sərəncama əsasən hər il oktyabrın 17-də “Füzuli Şəhəri Günü” kimi qeyd olunur.
Sərgilərdə Füzuli şəhərinin tarixi, toponimləri, tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, Vətən müharibəsindən, şanlı Qələbədən, tarix yazan qəhrəmanlardan, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolundan bəhs edən ədəbiyyatlar Azərbaycan və digər dillərdə nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilərlər.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Birinci Qarabağ müharibəsində füzulilər böyük fədakarlıq göstərmiş, rayon sakinlərinədən 663 nəfər şəhid olmuş, 400 nəfərədək müharibə əlili olmuş, 181 nəfər isə əsir və itkin düşmüşdür. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan azad edilsə də, şəhər və digər ərazilər uzun illər düşmən tapdağında qaldı.
2020-ci ilin 17 oktyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Düşmənin 30 il ərzində qurduğu çoxmərtəbəli istehkam xətləri qısa müddətdə yarıldı. Füzuli uğrunda aparılan döyüşlər Azərbaycan Ordusunun gücünü, müasir döyüş qabiliyyətini və xalqın iradəsini dünyaya nümayiş etdirdi.
Füzuli əməliyyatı müasir hərb tarixində nümunəvi planlaşdırılmış və icra edilmiş əməliyyatlardan biridir. Məhz bu qəhrəmanlığa görə 25325 hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi. Bu medal Azərbaycan əsgərinin şücaətinə, Ordumuzun peşəkarlığına və dövlətimizin hərbçisinə verdiyi dəyərə dəlalət edir.
17 oktyabr Füzuli şəhəri günü, Azərbaycanın tarixi yaddaşında qürur, zəfər və yenidən doğuluşun simvoludur. Bu tarix təkcə bir şəhərin azad olunması deyil, həm də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın yenilməz iradəsinin təntənəsidir.
2023-cü il avqustun 18-dən etibarən Füzuliyə keçmiş məcburi köçkünlərin qayıdışı başladı. Bu proses dövlətin sosial siyasətinin, vətəndaş rifahına qayğısının və milli həmrəyliyin ən bariz nümunəsidir.
Bu gün Füzuli azad, güclü və müasir şəhər kimi Azərbaycan dövlətçiliyinin qüdrətini göstərir. Bu torpaqda ucalan hər bina, açılan hər məktəb, təməli qoyulan hər kənd xalqımızın Zəfər tarixinin canlı davamıdır. Füzuli artıq dağıntının deyil, quruculuğun, inkişafın və vətən sevgisinin şəhəridir. Azərbaycanın qələbə ruhu, xalqın birliyi və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Füzuli dirçəlir, böyüyür və gələcəyə baxır. Bu şəhər Azərbaycanın iradəsinin, ordusunun və xalqının yenilməzliyinin rəmzidir. Füzuli azadlığı ilə, quruculuğu ilə, birliyi və qüruru ilə Azərbaycanın Zəfər dastanının bir səhifəsidir.