close
icon E-kataloq və kitabxana

Milli Kitabxana Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün Kitabxana” layihəsinə dəstək olub

12-02-2021

BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyilə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən Azərbaycan Gənclərinə Dəstək Proqramı çərçivəsində Tərtər rayonunda “Gənclər üçün Kitabxana” layihəsi həyata keçirilir. Bu layihəyə qoşulan M.F.Axundzadə adına Milli Kitabxana Tərtər rayonunda yeni açılan kitabxananın fondu üçün kitabların təmin olunmasına böyük dəstək nümayiş etdirib.

Milli Kitabxana 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun “Gənclər üçün Kitabxana” layihəsinə Kitabxananın Ehtiyat Mübadilə və Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxananın fondundan  kitab bağışlamışdır.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov “Azərbaycan Gənclərinə Dəstək Programı” Layihəsini yüksək qiymətləndirmiş və gənclərə kitab hədiyyə etmişdir.

“Azərbaycan Gənclərinə Dəstək Programı” layihəsinin icraçı koordinatoru Fariz Vəliyev bu layihəyə qoşulduğuna görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.

icon

Foto qalereya