close
icon E-kataloq və kitabxana

Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru professor Markku Kanqaspuro və institutun professoru Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar

05-09-2025

 

5 sentyabr tarixində Helsinki Universitetinin Aleksanteri İnstitutunun direktoru Markku Kanqaspuro və institutun professoru, tədqiqatçısı  Dmitri Frolov Azərbaycan Milli Kitabxanasında olublar.

Görüş zamanı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova qonaqları səmimi salamlayaraq onları kitabxanada görməkdən məmnunluğunu ifadə edib. O, həmçinin Milli Kitabxananın tarixi, zəngin fondu və kolleksiyalar barədə geniş məlumat verib, kitabxananın elmi və mədəni fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Qonaqlar Aleksanteri İnstitutunun fəaliyyəti, Azərbaycanda aparılan tədqiqatlar və institutun Rusiya, Şərqi Avropa və Avrasiya üzrə həyata keçirdiyi milli və beynəlxalq layihələr barədə danışıb, institutun sosial və humanitar elmlər sahəsində aparıcı tədqiqatlar və ekspertiza fəaliyyəti həyata keçirdiyini, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq etdiyini qeyd ediblər.

Söhbət zamanı iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən, qarşılıqlı əlaqələrinin qurulmasından, kitab mübadiləsinin əhəmiyyətindən bəhs olunub.

Azərbaycan Milli Kitabxanası ilə yaxından tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.

Sonda direktor müavini  Ədibə İsmayılova qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu və “Salam Azərbaycan” kitabını hədiyyə edib.

icon

Foto qalereya