close
icon E-kataloq və kitabxana

Heydər Əliyev Sarayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ədəbi-bədii tədb

30-10-2015

Oktyabrın 29-da  Heydər Əliyev Sarayında Azərbaycanın xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, professor Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 90 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə ədəbi-bədii tədbir keçirilmişdir.

Tədbirdə Milli Kitabxana tərəfindən “Bəxtiyar Vahabzadə-90” adlı  geniş kitab sərgisi açılmışdır. “Əsərləri”, “ Redaktoru olduğu kitablar”, “Ön söz yazdığı kitablar”, “ Tərcümələri”, “ Tərtib etdiyi kitablar”, “ Sözlərinə yazılmış mahnılar”, “Haqqında” bölmələrdən ibarət olan sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.