close
icon E-kataloq və kitabxana

Kabardin-Balkar şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir, TÜRKSOY tərəfindən nəşr olunmuş Qaysın Quliyevin əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabının təqdimat mərasimi və Böyük Azərbay

07-12-2017

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanası birgə Kabardin-Balkar şairi Qaysın Quliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir, TÜRKSOY tərəfindən nəşr olunmuş Qaysın Quliyevin əsərlərindən və haqqında materiallardan ibarət “Tanrının qılıncı” kitabının təqdimat mərasimi və Böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurmuşdur. 

Tədbiri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, TÜRKSOY-la birgə keçirilən tədbirlərdən danışmış, sözü  Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə vermişdir. Nazir müavini TÜRKSOY təşkilatı tərəfindən  türk xalqlarının dahi şəxsiyyətlərinə verilən yüksək qiymətdən danışaraq  türk xalqlarının nümayəndələri, Azərbaycanda yubileyləri qeyd olunmuş Ə.Z.Validi Toğana, Abdulla Tuqaya, Toktakul Satılqanova, Yusif Xas Hacib Balasaqunluya, Xoca Əhməd Yasəviyə və b. həsr olunmuş tədbirlərdən, TÜRKSOY-un türk mədəni irsinə verdiyi qiymətlərdən danışmışdır.

 TÜRKSOY-un Baş katibi, professor Düsen Kaseinov tədbirə ev sahibliyi etdiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirmişdir.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli,  "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Kabardin-Balkar Yazıçılar İttifaqının sədri Mütalip Beppayev türk dünyasının böyük ədiblərinin təbliği istiqamətində TÜRKSOY təşkilatının xüsusi rolunu vurğulamış və belə tədbirlərin bütün türk respublikalarında keçirilməsini arzulamışdır.

Çıxışçılar: Xalq şairi Nəriman Həsənzadə, Bakı Slavyan Universitetinin professoru Rüstəm Kamal,  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türkdilli ölkələr ədəbiyyatı kafedrasının müdiri,  professor Elman Quliyev çıxış edərək Qaysin Quıiyev yaradıcılığından danışmış, Qaysın Quliyevin şeirlərinin 7 dilə - Azərbaycan, balkar, qazax, qırğız, özbək, rus, türkdillərinə tərcümə olunaraq kitaba daxil edildiyini təqdirəlayiq hal hesab etmişlər.

Kabardin Balkar Respublikasının asir Humanitar Akademiyanın Nalçik filialının direktoru, Qafqazın elm, təhsil və biznes üzrə İctimai Akademiyasının Prezidenti, professor, Aliy Atabiyev,  Karaçay-Çerkez Respublikasının Xalq şairi, “Mingi-Tau” ədəbi-bədii və ictimai-siyasi jurnalının baş redaktoru, Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev  çıxış etmiş, Qaysin Quliyevin şeirlərini söyləmişlər.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına müvafiq olaraq bu yubileylə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən görülən işlər haqqında məlumat vermişdir.

M.P.Vaqifin 300 illik yubileyi ilə əlaqədar TÜRKSOY tərəfindən keçirilən tədbirlərə yekun vurularaq Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev,  M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Kərim Tahirov, "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazışılar İttifaqının katibi, 525-ci qəzetin redaktoru Rəşad Məcid “Molla Pənah Vaqif medalı” ilə təltiflər olundu.

Rusiya Lermontov Komitəsinin həmsədri Askar Doduyev Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyevə,  Xalq şairləri Nəriman Həsənzadəyə, Fikrət Qocaya, TÜRKSOY-un Azərbaycan təmsilçisi Elçin Qafarlıya “Qaysin Quliyev medalı”nı təqdim etdi.

Tədbir iştirakçıları Qaysin Quliyevin yaradıcılığını özündə əks etdirən sərgi ilə tanış  oldular.