close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “25 noyabr Kəlbəcər şəhəri günü” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

25-11-2023

Məlum olduğu kimi noyabr ayının 25-i Kəlbəcər şəhəri günüdür. Kəlbəcər şəhəri günü Azərbaycanda ilk dəfədir qeyd olunur. Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 noyabr “Kəlbəcər şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Kəlbəcər şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “25 noyabr Kəlbəcər  şəhəri günü” adlı virtual  və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Virtual sərgidə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, fotolar, dövri mətbuat səhifələrində Kəlbəcər şəhəri haqqında dərc olunan məqalələr və ensiklopedik məlumatlar, Qarabağ zəfəri, Kəlbəcər şəhərinin tarixi haqqında kitablar, ənənəvi sərgidə isə ənənəvi sərgidə isə Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və s. materiallar  nümayiş olunur. nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/kelbecer_seheri_gunu/index.htm linkindən istifadə edə bilər.

Ənənəvi sərgi 1 həftə davam edəcəkdir.

icon

Foto qalereya