close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

03-02-2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına qoşulan daha bir ziyalımız, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Millət vəkili İsa Həbibbəyli olub.

Akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi bu kampaniyanın əhəmiyyətini vurğulayaraq müəllifi olduğu “Kitabi-Dədə Qorqud” yazılı epos və ya epopeya”, “Çingiz Aytmatov haqqında söz” adlı kitablarını və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının topladığı  650 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etmişdir. Akademik İsa Həbibbəyli bütün Azərbaycan ziyalılarına və Azərbaycan xalqına bu mühüm kampaniyaya qoşulmağa və işğaldan azad edilmiş torpaqlarımızda kitabxana mədəniyyətinin, elmin, təhsilin yenidən çiçəklənməsində köməklik göstərməyə səsləmişdir.

icon

Foto qalereya