09-04-2026
Azərbaycan Milli Kitabxanasının mütəxəssisləri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə mədəniyyət, irs, təhsil və liderlik sahəsində peşəkar standartları yüksəltmək məqsədilə yaradılmış və ABŞ-da yerləşən qlobal institut olan CCEI (Chartered Culture and Education Institute) tərəfindən Azərbaycan dilində təqdim olunan onlayn “Kitabxana İdarəetməsi – Peşəkar Sertifikat Proqramı”nda iştirak edib.
Qeyd edək ki, müasir kitabxanaların idarə olunması, rəqəmsal transformasiya, istifadəçi yönümlü xidmətlər və strateji liderlik sahələrində bilik və bacarıqları inkişaf etdirmək üçün hazırlanmış proqram vasitəsilə həm nəzəri biliklər əldə etmək, həm də real nümunələr və praktik yanaşmalarla tanış olmaq mümkün olub. Proqramın sessiyaları canlı dərs, müzakirələr, breakout sessiyalar və yekun test ilə tamamlanıb.