close
icon E-kataloq və kitabxana

Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük treninqlərin təşkili davam edir

10-11-2015

Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı Milli Kitabxanada mütəmadi olaraq 10 günlük  treninqlərin  təşkili davam edir.

Bu gün noyabr ayının 10-da növbəti treninq öz işinə başlamışdır. Treninqdə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və kitabxanaçıların ixtisasartırma kursundan nümayəndə iştirak edərək, ALİSA proqramında işləməklə yanaşı MARC 21 formatını  öyrənəcək, yerlərdə tətbiq edəcəklər.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış mərasimində treninqin milli kitabxananın  və  Ultra şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını bildirmiş, treninqin işinə uğurlar arzulamış, sonda treninqi müvəffəqiyyətlə başa vuran müdavimlərə sertifikatların təqdim ediləcəyini bildirmişdir.