close
icon E-kataloq və kitabxana

M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

07-05-2024

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Tədbirdə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə medallar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup mədəniyyət və incəsənət xadimi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

icon

Foto qalereya