close
icon E-kataloq və kitabxana

Mərakeş Krallığının səfiri cənab Həsən Hami Azərbaycan Milli Kitabxanasında qonaq olmuşdur

10-09-2014

Sentyabr ayının 10-da Mərakeş Krallığının səfiri cənab Həsən Hami Azərbaycan Milli Kitabxanasında qonaq olmuşdur. Görüş zamanı Azərbaycan-Mərakəş mədəni əlaqələrindən, Milli Kitabxanalar arasında qarşılıqlı əməkdaşlıqdan söhbət açılmışdır. Cənab səfir öz söhbətində bildirmişdir ki, onların fondlarında qədim Azərbaycan əlyazmaları mövcuddur. “Güman edirəm ki, Azərbaycanda da müvafiq fondlarda ərəb əlyazmalarına rast gəlmək olar. Hər iki tərəf üçün bu ədəbiyyatlar böyük maraq doğuracaqdır” - deyə səfir bildirmişdir.

Milli Kitabxananın direktoru Kərim Tahirov da öz növbəsində görüşdən məmnunluğunu ifadə edərək Milli Kitabxanada Mərakeşlə bağlı keçirilmiş bir sıra tədbirlərdən, sərgilərdən bəhs etmişdir. “Orta əsrlər ərəb tibb əlyazmalar” adlı sərginın keçirilməsindən danışmışdır. “Əminəm ki, sizin bayaq dediyiniz kimi bizim fondlarda mühafizə olunan ərəb ədəbiyyatı Sizin tərəfinizdən maraq doğuracaqdır”- deyə Tahirov söyləmişdir.

Qarşılıqlı əməkdaşlığı daha da genişləndirmək məqsədilə hər iki ölkənin Milli Kitabxanaları arasında Memorandumun yaxın gələcəkdə imzalanması təklif olunmuşdur. Rəsmi imzalama mərasiminin oktyabr-noyabr aylarında Bakıda keçirilməsi nəzərdə tutulmuşdur.