close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Aprel Döyüşləri Bizim Şanlı Qələbəmizdir” adlı Elektron məlumat bazasını virtual rejimdə oxuculara təqdim etdi

02-04-2020

Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir.
Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər  qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Bu döyüş Ermənistan təbliğatına ciddi zərbə vurdu. Erməni cəmiyyətini sarsıtdı.
Bu gün Respublikamızda yaranan vəziyyətlə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Aprel Döyüşləri Bizim Şanlı Qələbəmizdir” http://anl.az/el/emb/aprel_doyusleri/index.htm adlı Elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edildi. Elektron məlumat bazasında mövzuya dair kitablar, məqalələr, fotoqaleriya və digər sənədlər nümayiş olunur.