close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Kamran Hüseynov-110” adlı ənənəvi sərgi təqdim edib

15-12-2023

Dekabrın 15-də  Respublikamızın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi tanınan, çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirən, görkəmli dövlət və ictimai xadimi, tarix elmləri doktoru Kamran Hüseynovun anadan olmasının 110 ili tamam olur.

Kamran Əsəd bəy oğlu Hüseynov 1913-cü il dekabrın 15-də Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur. K.Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Milli Kitabxanada dövlət xadimi Kamran Hüseynovun anadan olmasının 110 illiyi münasibətilə “Kamran Hüseynov-110” adlı ədəbiyyat sərgi təşkil edilib.

Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş əsərləri, haqqında materiallar və rəsmi sənədlər nümayiş olunur.

 Sərgi 1 həftə davam edəcək.

 

icon

Foto qalereya