close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “26 avqust - Laçın şəhəri günü” adlı tədbir keçirildi

25-08-2023

     25 avqust 2023-cü il tarixində Azərbaycan Milli Kitabxanasında “26 avqust Laçın şəhəri günü” adlı tədbir keçirildi.

     Milli Kitabxananın direktoru, professor Kərim Tahirov tədbir iştirakçılarını salamlayaraq, dövlətçilik tarixində 2 il öncə qazanılan şanlı zəfərdən söhbət açdı. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan əsgərinin tərəfindən 30 il düşmən işğalı altında olan torpaqlarımızın azad olunması ilə bağlı tədbir iştirakçılarına məlumat verdi. Direktor Zəfər günündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara etdiyi səfərlərini vurğuladı. Tədbir zamanı o, prezidentin göstərişi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini qeyd etdi. Professor Kərim Tahirov çıxışı zamanı “Qarabağa kitabla gedək” layihəsindən bəhs edərək 150 min kitab toplandığını iştirakçıların nəzərinə çatdırdı. Natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsinin vacibliyini diqqətə çatdırdı.  

     Direktor Laçın şəhəri günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Sonda sərgi ilə tanışlıq oldu.

icon

Foto qalereya