close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın əməkdaşları Latviya Milli Kitabxanasının dəvəti ilə “EU4Dialogue” layihəsi çərçivəsində “Library as a community cultural space” adlı yay məktəbində iştirak ediblər

21-08-2023

     Milli Kitabxananın Elmi işlər və Kitabxana - informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova və kitabxananın əməkdaşı Fidan Sanıyeva  Latviya Milli Kitabxanasının dəvəti ilə “EU4Dialogue” layihəsi çərçivəsində “Library as a community cultural space” adlı yay məktəbində iştirak ediblər. 

Yay məktəbi Latviyanın Riqa və Çesis şəhərlərində keçirilib. Layihəyə Azərbaycanla yanaşı Moldova, Latviya, Gürcüstandan kitabxana və muzey əməkdaşları da qatılıb. 

Ədibə İsmayılova “Kitabxanalar milli mənəvi dəyərlərimizin qoruyucusudur” mövzusunda təqdimatla çıxış edib. Azərbaycan Milli Kitabxanası haqqında qısa film nümayiş olunub.

İştirakçılar proqram çərçivəsində Riqa və Çesis şəhərlərinin milli, akademik və ictimai kitabxanalarında müxtəlif (informasiya resurslarının menecmenti və kolleksiyaların inkişafı, mədəni və akademik irsin rəqəmsallaşdırılması və qorunması, kitabxana və mədəniyyət mərkəzlərinin xidmətlərinin planlaşdırılması və inkişaf etdirilməsi, mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərən təşkilat və institutlarla əməkdaşlıq) mövzularda təlimlər keçərək yeni bacarıq və biliklər əldə edib.

icon

Foto qalereya