close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “10 Mart – Milli Teatr Günü” adlı virtual sərgi və “Akademik Milli Dram Teatrı – 150” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

10-03-2023

2023-cü ildə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 ili tamam olur. 

XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu şərəfli işdə H.Zərdabi və N.Vəzirov mühüm rol oynayıb. Bununla da peşəkar milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının bünövrəsi qoyulub.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamı ilə hər il mart ayının 10-u ölkəmizdə “Milli Teatr Günü” kimi qeyd olunur. 

Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 3 fevral 2023-cü il tarxində Sərəncam imzalamışdır. 

Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “10 Mart – Milli Teatr Günü adlı virtual sərgi, həmçinin “Akademik Milli Dram Teatrı – 150” adlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər    http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya