17-05-2026
17 may 2026-cı il tarixində Milli Kitabxanada “18 may - Beynəlxalq Muzeylər Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə dünya muzeyləri, xüsusən Azərbaycan muzeyləri haqqında, muzey işi mövzusu ilə bağlı kitablar, dövri mətbuat materialları və s. Azərbaycan və müxtəlif dillərdə resurslar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlərhttps://anl.az/el/vsb/Beynelxalq_Muzeyler_Gunu/index.htm link vasitəsilə daxil ola bilərlər.
Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş miqyasda qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərir.
Azərbaycanda da Beynəlxalq muzeylər günü hər il geniş şəkildə qeyd edilir.
Ölkə prezidenti İlham Əliyev muzeylərin inkişafı və yeni muzeylərin təşkili ilə bağlı bir sıra sərəncamlar imzalayıb.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.