close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “25 noyabr - Kəlbəcər şəhəri günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

24-11-2025

Ermənistan silahlı qüvvələrinin 2020-ci il 27 sentyabr tarixində ərazilərimizi müxtəlif istiqamətlərdən raket atəşinə tutmasından sonra rəşadətli Ordumuzun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnib. İmzalanan birgə Bəyanata əsasən noyabrın 25-i Kəlbəcər bir güllə belə atılmadan işğaldan azad edilib. Ölkə rəhbərinin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən hər il noyabrın 25-i “Kəlbəcər Şəhəri Günü” kimi qeyd olunur.

Bu tarixi gün münasibətilə Milli Kitabxanada “25 noyabr - Kəlbəcər şəhəri günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Kəlbəcər şəhərinin tarixi, coğrafiyası, eləcə də aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Kelbecer_seheri_gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

icon

Foto qalereya