close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub

30-12-2025

Milli Kitabxanada “31-dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ” adlı virtual və ənənəvi kitab sərgi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq və milli həmrəylik məfkurəsi,  Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi, Azərbaycançılıq-milli ideologiyamızın əsası, Vətənpərvərlik məfkurəsi, Milli dövlətçilik məfkurəsi, Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi, Mənəvi dəyərlərin təbliği və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, fotolar, dövrü mətbuatda dərc olunan məqalələr nümayış olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm      linkindən istifadə edə bilərlər.

31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir.

31 dekabr -  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - xalqımızın dil, əqidə və əməl birliyinə əsaslanan milli-mənəvi bütövləşmə arzusunun təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dekabr ayının 31-nin dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimizin əziz bayramı kimi qeyd edir.

1991-ci ildən bəri qeyd edilən bu bayramın əsas məqsədi xaricdə yaşayan həmvətənlərimizin milli kimliyini qorumaq, mədəni irsini yaşatmaq və Azərbaycanla bağlılığını möhkəmləndirmək,  dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyi təmin etməkdir.

Bu gün dünyanın hansı ölkəsində, məmləkətində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi müstəqil, qalib Azərbaycanla döyünür. Dövlət başçımızın uğurlu siyasəti və sərkərdəlik məharəti sayəsində  artıq dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzir və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edir.

icon

Foto qalereya