close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb

22-10-2019

Oktyabrın 22-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Alxan Bayram oğlu Məmmədovun (Alxan Bayramoğlu) anadan olmasının 65 illiyi münasibətilə Alxan Bayramoğlu – 65” adlı kitab sərgisi açılıb.

Sərgidə ədəbiyyatşünas-alimin müəllifi olduğu əsərlər, elmi redaktoru, ön söz yazdığı, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.