close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Aprel döyüşləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

03-04-2023

Məlum olduğu kimi, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırdı və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alırdı. Tarixə aprel döyüşləri kimi düşən dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad edib.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb.

44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoydu və ölkəmizin ərazi bötüvlüyü bərpa edildi.

Qeyd edək ki, Aprel döyüşlərinin ildönümü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Aprel döyüşləri” adlı virtual sərgi hazırlanıb. Sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm linkindən istifadə edə bilərlər.