close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun “Mənə ümid kimi bax” şeirlər toplusunun və Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi

13-02-2015

Fevral ayının 13-də Milli Kitabxanada Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş Zəlimxan Yaqubun “Mənə ümid kimi bax” şeirlər toplusunun və Musa Nəbioğlunun “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxanın direktoru professor Kərim Tahirov açaraq giriş sözü söyləmişdir. O öz çıxışında görkəmli şairin Azərbaycan ədəbiyyatında tutduğu mövqeyindən, yaradıcılığından bəhs etdi, Zəlimxan Yaqubun poeziyasının milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət etdiyini söylədi, şairin məhsuldar əməyindən, 40-dan artıq şeir kitabının dünyanın müxtəlif dillərinə tərçümə olunmasından danışdı.

Çıxışçılar: filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, nasir, publisist, h.e.d., Milli Kitabxananın Məsləhət Şurasinin sədri Çingiz Abdullayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, publisist, dilşünas, f.e.d. Buludxan Xəlilov, Xalq yazıçısı Mövlud Süleymanlı, təndidçi Əsəd Cahangir, professor Asif Rüstəmli, professor Mədət Çobanov Zəlimxan Yaqubun ədəbi fəaliyyətindən, yaradıcılığından geniş söz açdılar.

Sonda Zəlimxan Yaqub hər iki kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.

Tədbirin sonunda iştirakçılar şairin yaradıcılığnı özündə geniş əks etdirən “Sözün Zəlimxan zirvəsi” adlı kitab sərgisi ilə tanış oldular. Sərgidə 150-dən artıq kitab nümayiş olunurdu.