close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ulu öndərin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisi və Heydər Əliyev haqqında qısa filmin nümayişi olmuşdur

09-12-2016

Dekabrın 9-da Milli Kitabxanada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ulu öndərin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisi və Heydər Əliyev haqqında qısa filmin nümayişi olmuşdur.

Tədbir “Heydər Əliyev mədəniyyətimizin hamısıdir” adlı qısa filmin nümayişi ilə başladı.

Tədbiri açan kitabxananın direktoru professor Kərim Tahirov ümummilli liderin həyat yoluna nəzər salmış, ulu öndərin Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşışında sonsuz xidmətlərindən danışmış, onun mədəniyyətə, incəsənətə verdiyi yüksək qiymətdən söz açmışdır.

Tədbir ümummilli liderin zəngin həyat yolunu özündə əks etdirən geniş kitab sərgisinə baxışla yekunlaşmışdır.