close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin Sədri, nasir, dramaturq Anarla görüş və gənc yazıçı Pərvin Nurəliyevanın Xalq yazıçısı Anara həsr olunmuş “Anar dünyası” kitabının təqdimat mərasimi keçirilmişdir

19-10-2015

Oktyabr ayının 17-də Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin Sədri, nasir, dramaturq Anarla görüş və  gənc yazıçı Pərvin Nurəliyevanın Xalq yazıçısı Anara həsr olunmuş “Anar dünyası” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, tədbir iştirakçılarını salamlamış, “Anar dünyası” kitabı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşmüş, kitabı tədqiqat əsəri kimi qiymətləndirmişdir. Çıxışçılar  BDU-nun professoru Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, kitabın ön sözünün müəllifi, filologiya elmləri doktoru Vaqif Yusifli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli, AYB-nin katibi Rəşad Məcid və başqaları Anar yaradıcılığından danışmış, bu klitabın tədqiqatçılar üçün töhfə olduğunu bildirmişlər.

Sonda kitabın müəllifi Pərvin Nurəliyeva tədbir iştirakçılarına minnətdarlığını bildirmiş və tədbir iştirakçıları “Anar dünyası” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar.