close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə “Dmitro Buraqo” Nəşriyyat evi tərəfindən Ukrayna dilində çapdan çıxmış kitablarının təqdimat mərasimi keçirilmişdir

25-12-2014

Dekabr ayının 25-də Milli Kitabxanada Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə “Dmitro Buraqo” Nəşriyyat evi tərəfindən Ukrayna dilində çapdan çıxmış Y. Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, V. Andriyanov və H. Mirələmovun “İlham Əliyev: Azərbaycan Prezidentinin portreti”, Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: mənbələrdən oxunmuş tarix”, A. Denisinko, V. Turkeviç, L. Şpakovskinin “İki dövrün lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasında”, M. Qasımlı, O. Kupçik, Ə. Dəmirov “Ukrayna - Azərbaycan siyasi münasibətləri və müasirlik” (rus dilində), İ. Həbibbəyli “XX əsrin əvvəlində Azərbaycan ədəbiyyatı” və Azərbaycanın görkəmli yazıçısı, ədəbiyyatşünas Mir Cəlal Paşayevin “Yolumuz hayanadır?” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, sonra sözü Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyevə vermişdir. O öz çıxışında Ukraynada Azərbaycana aid Ukrayna, rus və ingilis dillərində çapdan çıxan kitabların əhəmiyyətindən danışmış, bu xeyirxah əməllərinə görə Azərbaycanın Ukraynadakı Səfirliyinə minnətdarlığını bildirmiş, onlara bu işlərində daha böyük uğurlar arzulamışdır.

Çıxışçılar Azərbaycanın Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Eynulla Mədətli, Səməd Vurğun adına Kiyev şəhər kütləvi kitabxananın direktoru Qalina Nikolayevna Çebotaryova, Nəşriyyat evinin direktoru Dmitro Buraqo, Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Aleksandr Mişenko kitabların Ukrayna xalqı, tədqiqatçıları, gənc oxucuları üçün əhəmiyyətindən danışdılar.

AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, yazıçı, ssenarist, professor, millət vəkili Hüseynbala Mirələmov, millət vəkili Qənirə Paşayeva, professor, millət vəkiliMusa Qasımov, Bakı Slavyan Universiteti professoru Ramiz Novruzov, Əkrəm Qasımov kitabların ərsəyə gəlməsindən danışdılar, kitablara verilən yüksək qiymətə görə çıxışçılara minnətdarləqlarını bildirdilər.

Tədbirdə həmçinin Azərbaycanın Ukraynadakı Səfirliyinin təşəbbüsü ilə Ukrayna, rus və ingilis dilində nəşr olunmuş digər kitablar da oxucuların diqqətinə təqdim olunmuşdur :

Aida İmanquliyeva “Seçilmiş məqalələr”

Ramiz Mehdiyev “Gorus-2010; absurd teatrı mövsümü”,

R. İvanov “Kəlbəli xan Naxçıvanski. Onun dövrü və irsi. Tarixi oçerklər”,

Mirzə Fətəli Axundzadə “Seçilmiş əsərləri”

 R. Novruzov, İ. Qasımov “Azərbaycan dili. Ukraynalı tələbələr üçün dərs vəsaiti” (rus dilində)

A. Merejko “Dağlıq Qarabağ problemi və beynəlxalq hüquq” (rus dilində və ingilis dillərində)

İ. Pavlıy. “Ukrayna-Azərbaycan, Azərbaycan-Ukrayna lüğəti”

O. Kupçik, A. Dəmirov “Kiyev şəhərinin Azərbaycanlı tələbləri Ukraynanın ictimai-siyasi həyatında (1900-1917)” (rus dilində)

Tədbirin sonunda iştirakçılar təqdimatı keçirilən kitabların sərgisi ilə tanış oldular.