close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Əziz Mirəhmədov – 100” adlı kitab sərgisi açılıb

11-02-2020

Fevralın 11-də Azərbaycan Milli Kitabxanasında milli ədəbiyyatımızın görkəmli tədqiqatçılarından biri, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, ədəbiyyatşünas, mətnşünas alim Əziz Mirfeyzulla oğlu  Mirəhmədovun  anadan olmasının 100 illiyi münasibətilə “Əziz Mirəhmədov – 100” adlı kitab sərgisi açılıb.

Sərgidə ədəbiyyatşünas alimin Azərbaycan və rus  dilində müxtəlif illərdə çap olunmuş əsərləri, monoqrafiyaları, elmi redaktoru olduğu, tərtib və tərcümə etdiyi, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.