close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yaradıcılığına həsr olunmuş yazıçı publisist Turan Uğurun qələmə aldığı “Tale şairi Məmməd İsmayıl” kitabının təqdimat mərasimi keçirilib

18-03-2024

18 mart tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Məmməd İsmayılın yaradıcılığı haqqında yazıçı publisist Turan Uğurun qələmə aldığı “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində tanınmış elm, mədəniyyət xadimləri və Məmməd İsmayılın qızı İntizar xanım iştirak edib.

Qonaqları salamlayaraq tədbiri açan Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov Azərbaycan poeziyasında xüsusi yeri olan istedadlı şair Məmməd İsmayıl haqqında öz təəssüratlarını bölüşüb. Əlavə edib ki, Məmməd İsmayılın 85 illik yubileyinin Azərbaycan Milli Kitabxanasında keçirilməsi planlaşdırılır.

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli Məmməd İsmayılı Azərbaycan ədəbiyyatında öz dəsti-xətti olan bir şair-yazıçı olduğunu vurğulayıb.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, Nizami adına Ədəbiyyat institutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Azərbaycan Milli Ensiklopediyası birliyinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli, Milli İrsi Mədəni Tarixi Araşdırılmaları Fondunun icraçı direktoru Əsəd Aslanoğlu, Məmməd İsmayılın qızı İntizar xanım, kitabın müəllifi yazıçı publisist Turan Uğur xatirə-roman janrında yazılan kitabın əhəmiyyətindən, Məmməd İsmayılın ədəbi-bədii yaradıcılığından, elmi fəaliyyətində bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

Tədbir əsnasında Məmməd İsmayılın şeirləri səsləndirilib,  yazıçı şair haqqında videoçarxlar göstərilib.

icon

Foto qalereya