close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Gülhüseyn Hüseynoğlu-95” adlı sərgi açılmışdır

16-10-2018

Oktyabrın 16-da Azərbaycan Milli Kitabxanasında Müasir Azərbaycan  ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, ədəbiyyatşünas, tədqiqatçı-alim, mənsur şeirlər ustası, Xalq yazıçısı Abdullayev Gülhüseyn Hüseyn oğlunun (Gülhüseyn Hüseynoğlu) anadan olmasının 95 illiyi münasibətilə “Gülhüseyn Hüseynoğlu-95” adlı sərgi açılmışdır. Sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, tərtib və tərcümə etdiyi, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş etdirilmişdir.