close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitab toplama kampaniyası davam edir

25-01-2021

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitab toplama kampaniyasına qoşulan daha bir  ziyalımız, yazıçı-publisist, tarixi romanlar müəllifi, Əməkdar mədəniyyət işçisi Yunus Oğuz olub.                                                

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov  bu humanist aksiyaya qoşulduğu üçün Yunus Oğuza öz təşəkkürünü bildirərək bütün Azərbaycan ictimaiyyətinə, ziyalılarımıza həmçinin, İLESAM türk təşkilatına da müraciət edərək bu nəcib çağırışda iştiraka səsləyib.                                   

Yunus Oğuz Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək öz şəxsi kitabxanasından ilkin olaraq 300 nüsxə müəllifi olduğu kitablarını – Çingiz xan, Nadir şah, Əmir Teymur və s. işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna  bağışladığını söyləmişdir. O, bütün Azərbaycan ziyalılarına, Azərbaycan Yazıçılar Birliyinə, yazıçı və şairlərə, alimlərə, kitab mağazalarına eləcə də bütün kitabsevərlərə, gənclərə müraciət edərək bu humanist çağırışa qoşulmağa çağırmışdır.

 

icon

Foto qalereya