close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin “İraq-Türkman nağılları”, “Elçin haqqında düşüncələrim” kitablarının və görkəmli alimə həsr olunmuş “Məna

26-12-2014

Dekabr ayının 26-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə tanınmış ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayevin “İraq-Türkman nağılları”, “Elçin haqqında düşüncələrim” kitablarının və görkəmli alimə həsr olunmuş “Mənalı ömrün dastanı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Qəzənfər Paşayev yaradıcılığından söz açaraq, məhsuldar əməyindən danışmışdır.

Çıxışçılar: Xalq şairi, millət vəliki Sabir Rüstəmxanlı, müxbir üzv, millət vəkili Nizami Cəfərov, Nizami ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Şirindil Alışanov, şairə, publisist Flora Xəlilzadə, şair, alim Ayaz Vəfalı, millət vəkili Qənirə Paşayeva, Xalq şairi Zəlimxan Yaqub.

Türkiyədən gəlmiş KİV nümayəndələri Zeynal Abidin Qıymaz, Hamit Özpolat, Fahrettin Çelik, Mustafa Saim Ayhan, Durdu Mehmet Taş, latif Şimşek, Halit Tunc

Sonda Qəzənfər Paşayev söz alaraq bu tədbirin keçirilməsində əməyi olan hər kəsə, onun ünvanına söylənən xoş sözlərə görə iştirakçılara öz təşəkkürünü bildirdi.

Tədbirin sonunda iştirakçılar alimin yaradıcılığını özündə əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.