close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “İBRƏT” ictimai-dini redaksiyası, və Milli Kitabxana birgə “İslam Həmrəyliyi ili” ilə əlaqədar bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tar

02-05-2017

May ayının 02-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “İBRƏT” ictimai-dini redaksiyası,  və Milli Kitabxana birgə “İslam Həmrəyliyi ili” ilə əlaqədar bölgələrdən toplanmış “Qurani-Kərim” kitablarından ibarət “Qədim tarixi Quran kitabları” sərgisinin açılış mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamladı. O, 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  “İslam Həmrəyliyi ili” elan olunmasını xatırladaraq respublikada keçirilən silsilə tədbirlərdən danışdı, Azərbaycanın IV İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsinin  İslam həmrəyliyinə xidmət edəcək mühüm tədbirlərdən biri olacağını qeyd etdi.

Bu gün sərgilənən kitabların əhəmiyyətini qeyd edən K.Tahirov Quranın İslam dininin müqəddəs və ən əsas kitabı olduğunu, 70 il zaman kəsiyində insanların dindən uzaqlaşmadığına baxmayaraq hər zaman Qurana  and içib sığındıqlarını bildirdi. Quran kəliməsinin mənasının oxumaq, qiraət etmək demək olduğunu, Quranın insanları sülhə, ədalətə, mehribanlığa, dostluğa, elmə dəvət edən səmavi kitab olduğunu söylədi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə “İslam Həmrəyliyi ili”nin bütün dünya dinlərinin nümayəndələrini birləşməyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırdığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda birliyimizin, müsəlman aləmində gənclərin, media mənsublarının həmrəyliyi günləri olacağı fikrini tədbir iştirakçılarına bir daha xatırlatdı.

Çıxışçılar: İraqın Nəcəf şəhərindən olan qonaq, tarix üzrə elmi araşdırmaçı Hüseyn Əbdül Mehdi, Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Hacı Valeh  öz çıxışlarında  Azərbaycanın bölgələrində qorunan qədim tarixə malik  “Qurani- Kərim” kitablarının toplanmasından, Quranın bütün müsəlman əhli üçün vacibliyindən irəli gələrək bu  kitabların araşdırılması və qorunması haqqında apardıqları müzakirələrdən, sərginin əhəmiyyətindən  danışdılar, müqəddəs  kitabların toplanaraq belə bir sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildirdilər.