close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada polkovnik Q.P.Zapletinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş kitablarının təqdimat mərasimi və “Şanlı qələbənin 70 illiyi” mövzusunda kitab sərgisi

07-05-2015

May ayının 7-də Milli Kitabxanada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə ehtiyatda olan  polkovnik Q.P.Zapletinin Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr edilmiş “Vətənə və elmə xidmət etdilər...” və “Azərbaycan Böyük Vətən müharibəsi illərində (1941-1945)” kitablarının təqdimat mərasimi və “Şanlı qələbənin 70 illiyi” mövzusunda kitab sərgisinin açılışı olmuşdur. Tədbirdə hər il olduğu kimi kitabların təqdimatından sonra yeni ədəbiyyatla zəngin olan, Böyük Vətən müharibəsində rəşadətlə vuruşan, bu yolu şərəflə başa vuran qəhrəman oğullarımız haqqında 100-dən artıq ədəbiyyat sərgilənmişdir.

Tədbiri Milli Kitabxabanın direktoru prof. Kərim Tahirov açaraq Böyük Vətən müharibəsində vuruşan Azərbaycanlı oğul və qızlarımızın şücaətindən danışmış, Bakı neftinin müharibənin qələbə ilə başa çatmasında böyük əhəmiyyətindən söz açmışdır. Tahirov öz çıxışında həmçinin arxa cəbhədə çalışan həmvətənlərimizin zəhmətindən də bəhs etmişdir.

Kitabların müəllifi, ehtiyatda olan zabit Q.P.Zapletin hər iki kitabın ərsəyə gəlməsindən, müharibənin vurduğu ağır yaralardan, müharibənin qələbə ilə başa çatmasından danışdı.