close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şərq qapısı” qəzetinin baş redaktoru ilə görüş keçirilib

19-01-2026

19 yanvar tarixində Naxçıvan Muxtar Respublikasının rəsmi mətbu orqanı olan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova Azərbaycan Milli Kitabxanasının qonağı olub.

Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılayıb. Görüş zamanı “Şərq qapısı” qəzetinin fəaliyyətinin 105 illiyi münasibətilə birgə tədbirlərin təşkili, həmçinin qəzetin Milli Kitabxananın arxivində olmayan nüsxələrinin əldə edilməsi, “Şərq qapısı” qəzetinin elektron versiyasının tam arxivinin yaradılması və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

“Şərq qapısı” qəzetinin Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrünə dair komplektlərinin tam mətnli biblioqrafiyasının çap olunması və bu il ərzində “Şərq qapısı” qəzetinin 105 illiyi ilə əlaqədar digər layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.

Səmimi və işgüzar şəraitdə keçən görüşdə milli mətbuat tarixinin qorunması, regional mətbu irsin gələcək nəsillərə çatdırılmasında kitabxanaların rolu xüsusi vurğulanıb.

Görüşün sonunda Sara Əzimova Milli Kitabxananın direktoru Kərim Tahirova “Naxçıvan – 100 ilin qəhrəmanları” adlı kitabı hədiyyə edib. Professor Kərim Tahirov isə öz növbəsində qonağa Milli Kitabxananın “Zəfər salnaməsi”, “Naxçıvan biblioqrafiyası” və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu hədiyyə edib.

icon

Foto qalereya