close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Təranə Cəbiyeva” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

21-07-2023

Bu gün təcrübəli pedaqoq, tarixçi-müəllim,tədqiqatçı, şair-jurnalist, publisist Təranə Cəbiyevanın doğum günüdür

Təranə Kommuna qızı Cəbiyeva 1968-ci il iyulun 21-də Bakı şəhərində anadan olub. 1988-1994-cü illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsində, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda tarix fənni üzrə təhsil alıb. Tələbəlik illərindən başlayaraq pedaqoji əmək fəaliyyətinə başlayıb. 2001-ci ildən eyni zamanda “Şərqin səsi” qəzetinin redaksiyaı ilə əməkdaşlıq etməyə başlayıb. Elə o vaxtdan da elmi, bədii və publisistik yaradıcılığı daha da çiçəklənib. “Şərqin səsi” qəzetinin şöbə müdiri, “Elm və Təhsil” qəzetinin redaktor müavini vəzifəsinə irəli çəkilib.

Bir-birinin ardınca “Abdulla Şaiq”, “Həsən bəy Zərdabi”, “Qızıl Qələm”, “Vicdanlı Qələm” və bir sıra başqa mükafatlara layiq görülüb. Azərbaycan Respublikası “Təhsil” Mərkəsi tərəfindən “XXI Əsrin Ziyalısı” Fəxri mükafatı ilə təltif olunub.

Dövrü mətbuatda müntəzəm olaraq jurnalist, publisist, tarixçi kimi çıxış edib, Azərbaycanın maddi-mədəniyyət abidələri, Bakı kəndlərinin qədim tarixi, milli təhsilimizin problemləri, qabaqcıl pedaqoqlar, incəsənət, mədəniyyət xadimləri haqqında 1000-ə qədər məqaləsi çap olunub. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinə üzvüdür.

Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Təranə Cəbiyeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Təranə Cəbiyevanın müəllifi olduğu kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Terane_Cebiyeva/index.htm istifadə edə bilərlər.