close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Türkmənistanın Müstəqilliyinin 25-ci ildönümü münasibətilə Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən açılmış “Türkmənistan-25” adlı kitab sərgisinə oktyabr ayının 21-də yekun vurulmuşdur.

21-10-2016

Türkmənistanın siyasətinə, mədəniyyətinə, təbiətinə və s. aid kitablar ilə tanış olan iştirakçıların diqqətini 2017-ci ildə Türkmənistanda keçiriləcək “Aziada-2017” Qapalı məkanlarda və döyüş sənəti üzrə 5-ci Asiya Oyunları ilə bağlı məlumatlar özünə cəlb etmişdir.

Sonda Səfirlik tərəfindən Milli kitabxanaya kitablar hədiyyə edilmişdir.