close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” adlı respublika elmi konfransı keçiriləcəkdir

07-04-2023

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti sərəncam imzalamışdır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda kitabxana quruculuğu” adlı respublika elmi konfransı keçiriləcəkdir.

Azərbaycanda kitabxana quruculuğunun inkişafına əvəzsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevə həsr olunacaq konfransda iştirak etmək istəyənlər məruzə ilə müraciət edə bilərlər.