close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Yurdumuza bahar gəlir” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

14-03-2023

Azərbaycan xalqının tarixində, mədəniyyətində, məişətində, adət-ənənələrində Novruz bayramının özünəməxsus yeri var. Novruz bayramı insanlar arasında bərabərlik, dostluq, sülh bayramı olmaqla yanaşı, milli və bəşəri dəyərlərimizi özündə əks etdirən, xalqı firavan həyata, sülhə, dostluğa çağıran zəngin, əvəzsiz yaz bayramıdır.

Novruz bayramı münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə bayram haqqında məlumatlar, fotolar, Novruz adət-ənənələrini, Novruz deyimlərini və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanası bütün Azərbaycan xalqını milli bayramımız Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza bahar əhval-ruhiyyəsi, sağlamlıq arzu edir. Bu bayram öz gəlişi ilə hər bir evə bol ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarək olsun!