close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru Kərim Tahirovla İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələrinin görüşü

26-08-2014

26 avqust 2014-cü il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov İsrailin Azərbaycandakı səlahiyyətli səfiri cənab Rafael Harpazı, səfirliyin missiya rəhbərinin müavini Ronen Krauszu və mətbuat departamentinin direktoru siyasi məsələlər üzrə köməkçi Sevda Əmirovanı qəbul etmişdir. 
Görüş zamanı Azərbaycan-İsrail əlaqələrindən və beynəlxalq əməkdaşlıqdan söhbət açılmışdır. İsrail səfiri ölkəsində kitab, kitab nəşri və kitabxanalar haqqında məlumat vermiş, hər iki ölkənin Milli Kitabxanaları arasındakı əlaqələri genişləndirməyin məqsədəmüvafiq olduğunu qeyd etmişdir. 
Milli Kitabxananın direktoru Kərim Tahirov da öz növbəsində qonaqların kitabxanaya gəlişindən məmnunluğunu bildirmiş, səfərin Azərbaycan və İsrail Milli Kitabxanaları arasındakı əlaqələrin genişlənməsinə təkan verəcəyini söyləmişdir. O, Azərbaycanda keçirilən Beynəxalq Kitab Sərgisindən söhbət açaraq, İsrail kitabxanaçılarını 2015-ci ildə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət etmişdir. 
Səfir və nümayəndə heyəti kitabxana ilə tanış olmuş, Xatirə kitabına öz ürək sözlərini qeyd etmişlər.