close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru professor Kərim Tahirov OCLC nümayəndələri Sezen Tan, Dr Sinan Tan və Catherine Fureti qəbul etmişdir.

12-07-2016

12 iyul tarixində Milli Kitabxananın direktoru professor Kərim Tahirov OCLC nümayəndələri Sezen Tan, Dr Sinan Tan və Catherine Fureti qəbul etmişdir.

OCLC (Online Computer Library Center-Onlayn Kompyuter Kitabxana Mərkəzi) bilik, elm, təhsil və mədəniyyəti özündə tərənnüm etdirən dünya kitabxanalarının üzv olduğu bir qlobal şəbəkədir. Bu sistem vasitəsilə kitabxanalar topladığı bilik və informasiyanı dünya miqyasında bölüşürlər.

Görüş zamanı OCLC-nin qlobal fəaliyyət və təşəbbüsləri haqqında söhbət açılmış, kitabxanların qarşılıqlı əməkdaşlıqdan əldə edə biləcəyi faydalar açıqlanmışdır. Söhbət zamanı OCLC məhsulları nümayiş etdirilmiş, həmçinin kitabxana resurslarının araşdırılması və çatdırılması üçün dünyada ən geniş və zəngin olan Worldcat sisteminə - Dünya katloquna qoşulmanın faydaları haqqında təqdimatlar edilmişdir. Hər iki tərəf görüşdən məmnun qaldığını söyləmiş, Milli Kitabxananın direktoru professor Kərim Tahirov edilən təkliflər ətrafında müzakirə aparılacağını və toplu kataloqa qoşulmanın imkanları və qiymətləri aparıcı iri kitabxanalarda müzakirə olunaraq müəyyən qərar qəbul olunacağını bildirmişdir.

Daha sonra Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara Azərbaycan Milli Kitabxanası (3 dildə - Azərbaycan, İngilis və Rus dillərində), Dağlıq Qarabağ məsələsinə dair kitab və xəritəni, Azərbaycan mətbəxi və Azərbaycan xalçaları kitablarını hədiyyə etmişdir.

Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirildi.