close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva...

13-02-2015

Milli Kitabxananın Kitabxanaların metodik təminatı şöbəsinin müdiri Adilə Abdullayeva, İnfrastrukturun təşkili və proqram təminatı şöbəsinin baş kitabxnaçısı İlahə Quliyeva, ULTRA şirkətinin əməkdaşları Səbinə Qəmbərova və Kənan Səmədli fevral ayının 11-dən 14-dək Gəncə şəhər və Ağdaş rayon MKS-lərinə ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sisteminin quraşdırılması məqsədilə ezam olunmuşlar.

Ezamiyyə müddətində hər iki regionda ALİSA sisteminin quraşdırılması üçün ayrılmış kompyuterlər işlək vəziyyətə gətirilmiş və internet vasitəsilə onlar sistemə qoşulmuşlar. Sonra hər iki rayonda bütün əməkdaşlar üçün ALİSA-da işləmək vərdişlərini öyrətmək məqsədilə treninq təşkil edilmiş və  işçilər təlimatlandırılmışlar.