close
icon E-kataloq və kitabxana

Milli Kitabxanasının direktoru Kərim Tahirov və elmi katib Əminə Cəfərova Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzində olmuşlar

15-01-2015

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və elmi katib Əminə Cəfərova yanvar ayının 15-də Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət Mərkəzində olmuşlar.

Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy ilə görüşdə Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılmışdır. Xüsusən illərdir davam edən qarşılıqlı elmi-mədəni əlaqələr, dostluq münasibətləri qeyd edilmişdir.

İşcüzar görüşdə Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanası və İskəndəriyyə Kitabxanası ilə əlaqələrdən danışılmış, Azərbaycan Milli Kitabxanası tərəfindən Misir Milli Kitabxanası arasında ikitərəfli əməkdaşlıq barədə Memorandum Layihəsinin təqdim olunması müzakirə olunmuşdur.

Azərbaycan Milli Kitabxanası ilk dəfə olaraq cari ildə Misir kitab sərgisində nümayiş olunmaq üçün ədəbiyyat göndərmişdir.

Mədəniyyət Mərkəzi ilə yaxından tanış olan K.Tahirov və Ə.Cəfərova Mərkəzin kitabxanası ilə də tanış olmuş, kitabxanaya kitablar hədiyyə etmişlər.