close
icon E-kataloq və kitabxana

“Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsinin təqdimatı baş tutub

15-11-2023

15 noyabr tarixində Bakı Ekspo Mərkəzinin “Şuşa” təqdimat zonasında Heydər Əliyev fondunun dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi olan “Milli mənəvi dəyərlərimizin vətənə qayıdışı” layihəsinin təqdimatı baş tutub.

Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Azərbaycan xalqına məxsus milli mənəvi dəyərlərin dünya kitabxanalarında və muzeylərində qorunub saxlanıldığını bildirib. Natiq çıxışında layihənin təqdimatının 2019-cu ildə Heydər Əliyev fondunun dəstəyi ilə 21 ölkənin nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada baş tutduğunu qeyd edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdir Akif Marifli çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya kitabxanalarında olan əlyazmalarının faksimilesinin əksəriyyətinin Milli Kitabxananın fondunda olduğunu bildirib və kitabxanaya gələcək fəaliyyəti üçün uğurlar arzulayıb.

Həmçinin “Azərbaycan əlyazmaları dünya kitabxanalrında” elektron məlumat bazası qonaqlara təqdim edilib. Təqdimat zamanı Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, İmadədin Nəsiminin, Məhəmməd Füzulinin və digər ədiblərin dünya və Azərbaycan kitabxanalarında mühafizə olunan əlyazmaları haqqında məlumat verilib.

icon

Foto qalereya