10-03-2026
10 mart 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycanda milli teatrın yaranmasının 153-ci ildönümü ilə əlaqədar olaraq “10 mart - Milli Tеatr Günü” adlı virtual və ənənəvi kitab sərgisi, “Azərbaycan Milli teatrı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olunub.
Sərgilərdə rəsmi sənədlər, Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yolu, təşəkkülü, inkişaf tarixi, peşəkar milli teatrının yaradılması, əsas yaradıcılıq mərhələləri, bədii-estetik səciyyələri, poetikasının əsasları, janr üslub müxtəlifliyi, elmi-nəzəri prinsipləri, Teatr ensiklopediyaları, Teatr antologiyaları, ayrı-ayrı şəhərlərinizdəki sənət ocaqlarının fəaliyyəti, görkəmli və unudulmaz, fədakar teatr xadimləri, səhnə fədailəri və s. haqqında kitablar, elmi-nəzəri teatrşünaslıq araşdırmaları və s. Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövrü mətbuatda çap olunan məqalələr, fotolar nümayiş olunur.
Virtual sərgi ilə https://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.
“Azərbaycan Milli Teatrı” adlı Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Azərbaycan teatrının tarixi”, “Heydər Əliyev və Azərbaycan teatrı”, “Milli teatr”, “Teatr haqqında fikirlər”, “Azərbaycan teatrları”, “Nəşrlər” bölmələrində tammətnli resurslar onlayn istifadəçilərə təqdim edilir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Teatr/index.html linkindən istifadə edə bilərlər.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub. Səhnə həyatında Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun böyük rol oynadığı bu tamaşa ilə Azərbaycanda incəsənətin canlı növü olan milli teatrın əsası qoyulub.
XIX əsrin ikinci yarısında Şərqdə ilk peşəkar teatrın Azərbaycanda yaranması mədəniyyət tariximizin parlaq, eyni zamanda, şərəfli səhifəsidir.
Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.
Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. Hacı Zeynalabdin Tağıyev Bakı şəhərində ilk teatr binası inşa etdirib.
Azərbaycan teatr sənətinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətləri xüsusi olaraq daim vurğulanır, onun teatr sənətinə verdiyi töhfələr, müəyyənləşdirdiyi mədəniyyət siyasəti Azərbaycan teatrının inkişafında mühüm rol oynamaqda davam edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mədəniyyət siyasəti uğurla davam etdirilir, teatrların bərpası və yenidən qurulması həyata keçirilir, yaradıcı kollektivlərin fəaliyyəti üçün daha geniş imkanlar yaradılır.
Prezident İlham Əliyevin 1 mart 2013-cü il tarixində imzaladığı “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” sərəncamı ölkəmizdə teatr sənətinə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.