close
icon E-kataloq və kitabxana

Qazaxıstan Respublikasının ictimai xadimi, Qazaxıstan Respublikası Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızı Milli Kitabxanada olmuşdur

21-04-2022

19 aprel tarixində Qazaxıstan Respublikasının ictimai xadimi Qazaxıstan Respublikası Jurnalistlər Birliyinin üzvü “Azərbaycan Dünyası” beynəlxalq jurnalının Qazaxıstandakı nümayəndəsi Nasixa Qumarqızı Milli Kitabxanada olmuşdur. O, müəllifi olduğu “КАРАБАХ – ДОЛГАЯ ДОРОГА ДОМОЙ” adlı kitabı Milli Kitabxanaya hədiyyə etmişdir.

 

Müəllifdən:

Terrorun, soyqırımın qurbanlarının, azərbaycanlı qaçqınların, günahsız yerə öldürülən uşaqların, işğal altında olan torpaqların azad edilməsi uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhuna ithaf edirəm. Bu cəhənnəmdən keçmiş bütün hər kəsə! Geri dönməyən və itkin düşən bütün azərbaycanlılara! Və öz ölkəsinin əsl qəhrəmanlarını yetişdirmiş mərd analara!

Bu kitab Qarabağdan, Azərbaycan xalqının əzəli tarixi torpaqlarının azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması uğrunda apardığı Qarabağ, Aprel və Vətən müharibələrindən bəhs edir. Kitabın yazılışına noyabrın 8-də, məhz Azərbaycanın 2020-ci ildə Vətən Müharibəsində azadlıq uğrunda Qələbə qazandığı gün başlanıb.

Bu hadisələri təkcə qazaxıstanlılar üçün deyil, həm də geniş oxucu kütləsi üçün yazmaq mənim şəxsi ideyamdır.

Qarabağ münaqişəsinin mahiyyətini anlamaq üçün hər bir oxucu bu münaqişənin mənşəyini, Azərbaycan xalqının ərazi bütövlüyü və çoxdan gözlənilən qələbəsi uğrunda Vətən müharibəsində başa çatan bu qarşıdurmanın səbəb və nəticəsini öyrənməlidir.

Mənim missiyam ilk növbədə qazax xalqıma, hər bir Qazaxıstan vətəndaşına, bütün dünyaya - Xocalı, Qarabağ haqqında bütün həqiqətləri çatdırmaqdır.

Zəhmətkeş, yaradan, yüksək mənəvi mədəniyyəti olan Azərbaycan xalqı və ordusu yüksək vətənpərvərlik, mübarizlik ruhuna və tükənməz qələbə əzminə malikdir! Məhz bu xüsusiyyətlər qələbəyə və işğal olunmuş torpaqların azad edilməsinə gətirib çıxartdı. Azərbaycan xalqı öz qələbəsinə görə böyük bədəl ödədi və öz evinə, Qarabağa gedən yol çox uzun oldu!!!

Mən bu kitabı Qarabağda baş verən dəhşətli və unudulmaz hadisələr, Azərbaycan xalqı haqqında ürəyimin çağırışı ilə yazdım. Vətən Müharibəsi qurtuluş savaşına çevrildi və o, kimin kim olduğunu göstərdi.

Dəyərli oxucum, milliyyətindən və statusundan asılı olmayaraq kim olursan ol, ümid edirəm ki, kitabı oxuduqdan sonra düzgün nəticə çıxaracaqsan. Özünüzü qoruyun, xoşbəxt olun və yaxınlarınızı sevin! Gəlin birlikdə müharibələrə və dağıntılara yox deyək! Mən daha yer üzündəki insanların əzablarını görmək istəmirəm! Soyqırımlara, terrora və günahsız uşaqların ölümünə yox!!!

 

 

 

 

 

icon

Foto qalereya