05-06-2025
5 iyun tarixində Azərbaycan Milli Kitabxanası Milli Kitabxana Direktorlarının onlayn Konfransında (CDNL) təmsil olunub.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova Milli Kitabxana Direktorlarının onlayn Konfransında (CDNL) iştirak edib.
Görüşdə Avstraliya Milli Kitabxanasının baş direktoru Dr. Marie-Louise Ayres iştirakçıları salamlayaraq mövzu ilə bağlı giriş nitqi söyləyib.
Konfransda CDNL sədri və sədr müavini vəzifələrinə seçkilər olub, sədr Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski, sədr müavini isə Türkiyə Milli Kitabxanasının baş direktoru Taner Beyoğlu seçilib. Rəsmi təhvil-təslim isə avqust ayında keçiriləcək görüşdə baş tutacaq.
Görüşdə İrlandiya Milli Kitabxanasından Dr. Audrey Vhitty və Latviya Milli Kitabxanasından Dagnija Baltina məruzə ilə çıxış ediblər. Hər iki məruzəçi öz mövzularında geniş təqdimatla iştirakçıları məlumatlandırıblar.
Görüş sonunda Dr. Marie-Louise Ayres tədbiri yekunlaşdıraraq növbəti görüşlə bağlı yaxın günlərdə məlumat verəcəyini vurğulayıb.
CDNL üzvləri və kitabxana mütəxəssisləri üçün bu görüşün əhəmiyyəti böyükdür və kitabxana sahəsində liderlərin təcrübə mübadiləsi üçün ideal platforma kimi qiymətləndirilir.