close
icon E-kataloq və kitabxana

Noyabr ayının 13-də Bakı şəhəri, Nizami rayonu 312 saylı tam orta məktəbin 4-cü sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşlar

13-11-2015

Noyabr ayının 13-də Bakı  şəhəri, Nizami rayonu  312  saylı tam orta məktəbin  4-cü sinif şagirdləri Milli Kitabxanada ekskursiyada olmuşlar. Kitabxana ilə yaxından tanış olan şagirdlər sərgi zalında təşkil olunmuş  “Yaddan çıxmaz Qarabağ”, “12 noyabr Konstitusiya günüdür”, “ 9 noyabr Dövlət Bayrağı günüdür” və “Yeni kitablar” sərgiləri  ilə tanış olmuşlar. Lokal şəbəkədən istifadə üzrə oxu zalı, Nadir kitablar fondu və kitabxana muzeyi şöbəsi ilə daha yaxından maraqlanan şagirdlərin sualları ətraflı cavablandırılmışdır.